Uzun müddətdir Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində iş getsə də, lakin hələ də sözügedən sənədin imzalanması mümkün olmur.
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması Ermənistan konustitusiya dəyişikliklərindən sonra mümkün olacaq:
"Amma, COP29 kimi Çərçivə sazişi imzalana bilər. Ermənistanla Azərbaycan arasında mühüm razılaşmalar var. Azərbaycan da həbsdə olan separatçı liderler istisna olmaqla, ikinci Qarabağ müharibəsindən sonra Hadrut təxribatlarında həbs olunan erməni hərbiçilərin azad edilməsi istiqamətində də danışıqlar gedir. Ümumi götürdükdə Ermənistan Zəngəzur dəhlizinin açılmasına da razılıq verib".
Süleyman