Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan polisi ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayır

Azərbaycan polisi ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasında mühüm rol oynayır


"Ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, təhlükəsizliyimizə yönəlmiş cəhdlərin, məkirli planların qarşısının alınmasında Azərbaycan polisinin müstəsna xidmətləri var. Bu gün Azərbaycan polisi öz uğurlu. məsuliyyətli fəaliyyəti ilə Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə, sabitlik və əmin-amanlığın qorunmasında mühüm rol oynayır".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı 2 iyul - Azərbaycanda Polis İşçilərinin Peşə Bayramı günü ilə bağlı danışarkən səsləndirib. İctimai Birlik sədri diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 2 iyul tarixində imzaladığı Fərmanla bu əlamətdar gün hər il ölkəmizdə qeyd olunur.

Azərbaycan polisinin torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasında da müstəsna rol oynadığını diqqətə çatdıran Arzuman Muradlı istər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsi zamanı polis əməkdaşlarının mislisiz döyüş şücaətləri göstərdiklərini bildirib:

"Bu gün də Azərbaycan polisi işğaldan azad edilmiş ərazilərimizdə öz müqəddəs missiyasını uğurla davam etdirir, azad edilən ərazilərdə asayişin qorunması, sabitliyin təmin olunmasında öz uğurlu fəaliyyətini davam etdirir".

Süleyman
Xəbəri paylaş