Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Gürcüstan üzərindən ölkəyə girişinə şərait yaradılsın.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndi deyib.
TUMİB sədri müvafiq qurumlardan bi prosesə köməklik göstərmələrini xahiş edib. Tural Əfəndi bunun səbəbini isə təyyarı biletlərinin baha olması səbəbindən azərbaycanlı tələbələrin ölkəyə qayıda bilməməsi ilə əlaqələndirib:
"Türkiyədə təhsil alan tələbələrimiz biletlərin baha olması səbəbindən Azərbaycana gəlməkdə çətinlik çəkirlər. Qismən ucuz olması səbəbi ilə İğdırdan Naxçıvana keçib Bakıya uçmaq istəyən tələbələr isə bilet tapmaqda ciddi problemlərlə üzləşirlər".
Anar Əliyev