Aleksandr Lukaşenkonun sözlərinə görə, Qərb də Belarus xalqının seçiminə hörmətlə yanaşmalıdır.
"Belarus öz suverenliyinə və Belarus xalqının seçiminə hörmət etməli olan Qərblə dialoqa başlamağa hazırdır".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Aleksandr Lukaşenkonun sözlərinə görə, Qərb də Belarus xalqının seçiminə hörmətlə yanaşmalıdır:
"Mən artıq demişəm ki, biz hələ də Qərbdəki qonşularımızla konstruktiv dialoqa başlamağa hazırıq. Şərtlər sadədir. Belarusun suverenliyinə, milli ənənələrə, tarixi yaddaşımıza, xalqın seçiminə hörmət", - deyə Lukaşenko qeyd edib.
Mehman Mehdiyev