ABŞ da aparılmış bir araşdırmaya görə tez-tez bu ölkədə elektromobilllərin gözlənilmədən partlayaraq yanması hadisələri baş verir. Onların söndürülməsi də demək olar ki, mümkünsüzdür. Bəs görəsən, Azərbaycanda da belə halların baş vermə mümkünlüyü nə dərəcədədir?
Newscenter.az-ın xəbərinə görə, Rəfail Eminov deyib ki, hətta heç bir problemi görsənməyən elektromobillər qarajda gecənin bir yarısı partlayaraq yana bilir:
"Onların yanması o qədər sürətli baş verir ki, bu zaman hansısa xilasetmə əməliyyatından söhbət gedə bilməz. Təsəvvür edin ki, xüsusi soyutma çənləri gətirilərək yanan maşını onun içinə salırlar. Ekoloji zəhərlənmənin qarşısı bu üsulla alınır. İnsan həyatı və ya yanğın mənbəyi olaraq söndürülmədən söhbət belə gedə bilməz".
Rəfail Eminov qeyd edib ki, ölkəmizdə olan elektromobillərə aid isə belə bir fakt qeydə alınmayıb:
"Çünki onlar yeni nəsildir. Ola bilsin ki, gələcəkdə istifadə müddəti bitdikdən, yararlıq dövrü başa çatdıqdan sonra burada da belə problemlər özünü göstərəcəkdir".
Anar Əliyev