Litva hava məkanını pozduğuna görə Rusiya Federasiyasına etiraz notası təqdim edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, etiraz notası Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsinə təqdim olunub.
Litva Respublikasının Xarici İşlər Nazirliyinin baş vermiş hadisə ilə bağlı yaydığı məlumatda qeyd edilir ki, hadisə iyunun 30-da Rusiyanın “Pobeda” aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarənin Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olması və təxminən bir dəqiqə orada qalması zamanı baş verib.
Litva tərəfi Moskvadan belə hadisələrə aydınlıq gətirilməsini və təkrarlanmamasını tələb edib.
Fuad Hüseynzadə