"Bu gün kollektiv Qərbi başqalarının hesabına qazanc əldə etmək niyyəti və qaliblərə genetik nifrət birləşdirir. Dünya yenidən daha bir qlobal fəlakətin astanasındadır".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk Respublika sarayında iyulun 3-də qeyd olunan Belarusun Müstəqillik Gününə həsr olunmuş təntənəli yığıncaqda deyib.
Lukaşenko həmçinin qeyd edib ki, Qərbin İkinci Dünya Müharibəsi ilə bağlı həqiqətə ehtiyacı yoxdur. Çünki təslim olanların varisləri sükan arxasındadır:
“Varislər həm ideoloji, həm də birbaşadırlar, 1945-ci ildə heç nə bitməyib".
Mehman Mehdiyev