Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov deyib. O bildirib ki, keçiriləcək ikitərəfli görüşdə liderlər bütün vacib və həssas məsələləri müzakirə edəcəklər.
Uşakov həmçinin onu da deyib ki, Rusiya prezidenti iyulun 3-də Azərbaycan, Çin, eləcə də Qazaxıstan, Pakistan və Monqolustan liderləri ilə də ayrı-ayrılıqda görüşlər keçirəcək.
Putinin iyulun 4-də İranın müvəqqəti prezidenti Məhəmməd Muhbirlə də görüşəcəyi nəzərdə tutulur.
Mehman Mehdiyev