Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə sülh konfransı təklif edir

Türkiyə sülh konfransı təklif edir


Türkiyə Moskva və Kiyevə Ukraynadakı münaqişənin nizamlanması üçün İstanbul prosesi çərçivəsində bütün tərəflərin iştirakı ilə sülh konfransı keçirməyi təklif edə bilər.

Newscenter.az RİA Novosti-yə istinadən bildirir ki, bunu türkiyəli ekspert, Vətən Partiyasının Mərkəzi Komitəsinin üzvü Orçun Göktürk deyib.

"Türkiyə Ukrayna böhranı başlayandan bəri əhəmiyyətli diplomatik səylər göstərir. Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin, "Türk dostlarımızın Ukrayna böhranı da daxil olmaqla böhran vəziyyətlərinin həllinə töhfə vermək istəyini yüksək qiymətləndiririk" dedi. İlk məsələlərdən biri kimi Türkiyə və Rusiyanın birgə səyləri ilə taxıl sazişi imzalanıb, lakin ABŞ və Kiyev rejiminin təxribatçı hərəkətləri səbəbindən onun uzadılması mümkün olmayıb”, -deyə ekspert bildirib.

Onun sözlərinə görə, münaqişəyə son qoymaq və diplomatik səyləri təşviq etmək üçün Türkiyə İstanbul Platforması çərçivəsində bütün tərəflərin iştirakı ilə sülh konfransının keçirilməsini təklif edə bilər.

Mehman Mehdiyev
Xəbəri paylaş