Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Ümumilikdə, sözügedən sənəd hər iki ölkənin maraqlarına xidmət etsə də, lakin bəzi siyasilər hesab edirlər ki, bu Bakının Qərbdən üz döndərməsi anlamına gəlir. Hətta belə bir bəyannaməyə lüzum olmadığı da iddia olunur.
Newscenter.az-ın xəbərinə görə, ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov isə bu yanaşmanı doğru saymır. Onun sözlərinə görə, sözügedən bəyannamə kimsənin tərəfini tutmaq deyil:
"Çinlə Qərb düşmən olsalardı Çindən Qərbə kimi uzanan nəqliyyat yollarının açılması üçün Qərb çalışmazdı. Azərbaycan sadəcə bütün cinahlarla strateji müttəfiqlik qurur".
Azər Qasımov bildirib ki, Aİ-nın 12 ölkəsi bizim iqtisadi tərəfdaşımızdır:
"NATO sammitində Azərbaycan iştirak etsə, hansıki iştirak edəcək, onda nə olacaq? Deyəcəyik ki, NATO yolunu tutduq indi də?".
Süleyman