Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birgə Bəyannamə Bakı ilə Pekin arasında bütün istiqamətlərdə əlaqələrin inkişafına təkan verəcək.

Birgə Bəyannamə Bakı ilə Pekin arasında bütün istiqamətlərdə əlaqələrin inkişafına təkan verəcək.



Xəbər verdiyimiz kimi Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Sənədə əsasən, tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.

Newscenter.az-ın xəbərinə görə, Birgə Bəyannamənin əhəmiyyətindən danışan “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, dünya iqtisadiyyatında xüsusi yeri və çəkisi olan Çinlə belə bir bəyannamənin əldə edilməsi ölkəmizin maraqlarına tam uyğundur. İctimai Birlik sədri deyib ki, xüsusilə bu Bəyannamə Azərbaycan iqtisadiyyatı üçün əlavə dividentlər gətirəcək:

“Sənəddə də qeyd edilir ki, tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar. Hesab edirəm ki, bu sənəd Bakı ilə Pekin arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək”.

Arzuman Muradlı onu da xüsusi olaraq qeyd edib ki, sənəddə Pekinin Azərbaycanın sülh gündəliyini dəstəkləməsi xüsusi əhəmiyyət kəsb edir:

“Birmənalı şəkildə qeyd edilir ki, Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir”.

İctimai Birlik sədri əmin olduğunu bildirib ki, Birgə Bəyannamə Bakı ilə Pekin arasında bütün istiqamətlərdə əlaqələrin inkişafına təkan verəcək.

Süleyman
Xəbəri paylaş