Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) 2024-cü ilin iyun ayı ərzində 504 zəng daxil olub.
Newscenter.az Agentliyə istinadən bildirir ki, zəng edən vətəndaşların 221 nəfərinin müraciəti yerindəcə, 179 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 85 müraciət digər qurumlara yönləndirilib.
Bundan başqa, bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 19 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.
Nərgiz Əzizova