"Azərbaycanla Ermənistan arasında dörd anklav kəndlərlə bağlı məsələlər sülh müqaviləsi prosesində öz həllini tapa bilər. Ümumiyyətlə, dörd anklav kəndlə bağlı mübadilənin baş tutuması mümkündür".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, faktiki Ermənistan ərazisində olan dörd kənddə infrastruktur layihələri icra etmək və əhalini ora köçürmək strateji cəhətdən risklidir:
"Qeyd edim ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda Azərbaycanla sülh müqaviləsinin bir aya bağlanması mümkünlüyünü qeyd edib. Ermənistan rəhbərliyi dəfələrlə bu tezisi gündəmə gətirir. Bununla beynəlxalq ictimaiyyətə sülhə hazir olduqlarını nümayiş etdirirlər. Halbuki, sülh müqaviləsinin bağlanması Ermənistan konustitusiya ziddir".
Politoloq deyib ki, Azərbaycan prezidenti cənab İlham Əliyev Ermənistan konustitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayınca, sülh müqaviləsinin bağlanmasının mümkün olmayacağını bəyan edib:
"Amma, Baza prinsipləri əsasında çərçivə sazişinin imzalanması mümkündür. Dörd anklav kəndlərlə bağlı məsələnin isə tezliklə həll olunması, mümkün görünmür".
Süleyman