Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişaf etdirilməsi bütün parametrlər üzrə ölkəmiz üçün faydalıdır

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişaf etdirilməsi bütün parametrlər üzrə ölkəmiz üçün faydalıdır



“Azərbaycan əksər beynəlxalq təşkilatlar kimi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə də yüksək səviyyədə əməkdaşlıq qurub və bu əməkdaşlıq gedikcə inkişaf edir. Ölkəmiz ŞƏT-in tamhüquqlu üzvü olmasa da, lakin təşkilatın mühüm toplantılarında fəal şəkildə iştirak edir. ŞƏT-in bu günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən zirvə görüşündə də Azərbaycan ən yüksək səviyyədə, dövlət Cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə görüşündən danışarkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, artıq ikinci dəfədir Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına fəxri qonaq kimi dəvət edilir ki, bu da Azərbaycanın artan nüfuzunun, regiondakı çəkisinin və ölkəmizə, onun liderinə olan hörmətin göstəricisidir:

“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ikitərəfli formatda yaxından əməkdaşlıq edir. ŞƏT çərçivəsində əməkdaşlıq təşkilata üzv ölkələrlə əlaqələrin daha da inkişafına zəmin yaradır”.

İqbal Məmmədov onu da diqqətə çatdırıb ki, ŞƏT-lə əməkdaşlıq ölkəmizin haqlı mövqeyi, mövcud reallıqların təşkilat vasitəsilə dünyaya çatdırılması baxımından da faydalıdır:

“Digər tərəfdən məsələyə iqtisadi və hərbi prizmadan da baxmaq lazımdır. Təşkilatın üzvü olan Çinin iqtisadi potensialı bütün dünyaya məlumdur. Eyni zamanda Pakistan, Hindistan kimi ölkələrlə əməkdaşlıq hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yol aça bilər. Bir sözlə, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişaf etdirilməsi bütün parametrlər üzrə ölkəmiz üçün faydalıdır”.

Süleyman
Xəbəri paylaş