"Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin gənc liderlərinin Qazaxıstanda bir araya gəlməsi məqsəduyğundur".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, belə bir təkliflə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib.
Astanada keçirilən “ŞƏT+” görüşündə Tokayev ŞƏT-ə üzv ölkələrin mümkün qədər yaxınlaşması məsələsini qaldırıb. Onun fikrincə, mədəniyyət ocaqları bu sahədə mühüm rol oynaya bilər:
"ŞƏT-in bütün regionlarında belə layihələr həyata keçirilərsə, mədəni-humanitar əlaqələrimiz güclənəcək. Gəncləri geniş şəkildə cəlb etmək lazımdır. Qazaxıstan yaradıcı sənayelər üçün platforma ola bilər. Bu baxımdan, biz bu sahədə təcrübəyə başlamağı tövsiyə edirik. Hər il ŞƏT ölkələrinin gənc liderlərinin və istedadlarının görüşünün keçirilməsi yaxşı olar”.
Prezident həmçinin hesab edir ki, universitetlər arasında əməkdaşlığı gücləndirmək, texniki ixtisaslar üzrə qrantları artırmaq lazımdır.
Mehman Mehdiyev