"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı ölkəmiz üçün yeni imkanlar yaradacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, Azərbaycan əksər beynəlxalq təşkilatlar kimi ŞƏT-lə normal qaydada, qarşılıqlı faydalı əməkdaşlıq edir:
"Eyni zamanda ŞƏT-ə üzv olan ölkələrlə də Azərbaycanın ikitərəfli formatda əlaqələri, yüksək səviyyəli əməkdaşlığı mövcuddur".
Elvin Babayev deyib ki, artıq ikinci dəfədir Azərbaycan liderinin ŞƏT-in zirvə görüşünə fəxri qonaq kimi dəvət alması ölkəmizə, eləcə də onun prezidentinə olan hörmətin, dövlətimizin nüfuzunun göstəricisidir.
Anar Əliyev