Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Asiya ilə münasibətləri gücləndirməyə çalışır - Ərdoğan

Türkiyə Asiya ilə münasibətləri gücləndirməyə çalışır - Ərdoğan


"Türkiyə Asiya ilə əlaqələrini gücləndirməyə çalışır".

Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən ŞƏT Plus formatının iclasında deyib. 


"Bu təşəbbüs çərçivəsində biz Asiya məsləhətləşmə ənənəsinin təmsilçisi və çoxtərəfli dialoq platforması olan ŞƏT ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”, - deyə Ərdoğan bildirib. 


O bildirib ki, 2013-cü ildən etibarən ŞƏT dialoq tərəfdaşlığı statusu sayəsində Türkiyə ilə Asiya arasında ən mühüm dialoq kanallarından birinə çevrilib:

"Bildiyiniz kimi, 2017-ci ildə Türkiyə qurumun enerji klubunun yüksək səviyyəli qrupunun sədri oldu. İlk dəfə idi ki, üzv olmayan dövlət belə bir vəzifəni icra edirdi. Bu məsuliyyəti ölkəmiz layiqincə yerinə yetirdi".

"Türkiyənin ŞƏT ilə əlaqələrinin inkişafı baxımından çox dəyərlidir”, - deyə Türkiyə prezidenti bildirib. 



Anar Əliyev
Xəbəri paylaş