Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə 34 qeyri-qanuni mühacir xilas edilib

Türkiyədə 34 qeyri-qanuni mühacir xilas edilib


Türkiyədə 34 qeyri-qanuni miqrant batmaq təhlükəsindən xilas edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Muğlanın Bodrum mahalı sahillərində qeydə alınıb.

Belə ki, qeyri-qanuni yollarla xaricə getməyə çalışan 34 qeyri-qanuni mühacir xilas edilib.

Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, nizamsız mühacirlərin olduğu rezin qayığın mühərrikində nasazlıq səbəbindən Bodrum sahillərinə doğru sürükləndiyi xəbəri alındıqdan sonra bölgəyə qrup göndərilib və batmaqda olan qeyri-qanuni mühacirlərə kömək göstərilib.

Komandalar rezin qayıqda 9-u uşaq olmaqla 34 qeyri-qanuni immiqrantı xilas edib. Onlar İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Mehman Mehdiyev
Xəbəri paylaş