Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin “Dini-mənəvi xidmət” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi keçirilib.
Newscenter.az xəbər verir ki. bu məqsədlə abituriyentlərin dünyagörüşü səviyyələrinin və ixtisasa maraqlarının müəyyənləşdirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Dini-Psixoloji Komissiya yaradılıb.
Müsahibədə abituriyentlərin dünyagörüşləri və bilikləri, dini baxışları və dünyəvilik anlayışları, psixoloji parametrlərinin ixtisasa uyğunluğu, tolerantlıq və multikulturalizm haqqında təsəvvürləri yoxlanılıb.
Qeyd edək ki, müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı tam orta təhsil bazasında ixtisas təhsili səviyyəsinə aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecinin “Dini-mənəvi xidmət” ixtisasını da seçə bilərlər.
Nərgiz Əzizova