“Azərbaycana qarşı qərəzli kampaniya davam edir. Bu dəfə də baş rolda ABŞ-dakı ermənipərəst konqresmenlərdir”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı ABŞ Konqresinin Nümayəndələr Palatasının erməniəsilli üzvü Ana Eşu və Kristofer Smitin həmmüəllifliyi ilə hazırlanan Azərbaycana qarşı “Dağlıq Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə kampaniyası həyata keçirdiyi üçün Azərbaycanın qınanması” adlı qətnamə layihəsinə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, sözügedən qətnamə kifayət qədər qədərzli və qeyri-obyektiv təxəyyülün məhsuludur:
“Azərbaycana qarşı hazırlanmış qətnamə layihəsi qeyri-obyektivdir ona görə ki, Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dünyanın əksər dövlətləri artıq bu reallığı qəbul etsələr də, lakin bəzi amerikalı siyasilər hələ də bu adla manipulyasiya etməyə çalışır, erməni lobbisinin əlinə oynayırlar. Eyni zamanda qətnamə layihəsi qərəzlidir ona görə ki, Azərbaycan Qarabağda heç bir etnik təmizləmə siyasəti aparmayıb. Əksinə, İkinci Qarabağ müharibəsində öz ərazi bütpvlüyünü bərpa etdikdən sonra Azərbaycan vətəndaşlığını qəbul edən Qarabağın erməni sakinlərinə hər cür şərait yaratmağa hazır olduğunu bildirib. Bu gün də Xankəndində erməni sakinlər yaşamaqdadırlar və Azərbaycan dövləti onlara hər cür diqqət və qayğı göstərir. Digər tərəfdən Qarabağı tərk edən ermənilər özləri açıq şəkildə etiraf ediblər və bunu bütün dünya görüb ki, onların Ermənistana getməsi zamanı Azərbaycan tərəfi ermənilərə heç bir təsir göstərməyib. Əksinə onların Qarabağda qalıb Azərbaycan qanunlarına uyğun yaşamaları, dövlətimizin imkanlarından yararlanmaları üçün hər bir addım atıb. Bir daha qeyd edirəm ki, bunu ermənilər özləri açıq şəkildə bəyan etdirkləri halda hansısa etnik təmizləmədən danışmaq tamamilə qərəzli yanaşmadır və Roma papasından daha çox katolik olmaq kimi bir şeydir”.
Süleyman