Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meyvə-tərəvəz sektorundan 1,3 milyard dollarlıq ixracat həyata keçirilib

Meyvə-tərəvəz sektorundan 1,3 milyard dollarlıq ixracat həyata keçirilib



Türkiyədə meyvə-tərəvəz məhsulları sektorunun ixracatı bu ilin ilk yarısında əvvəlki ilin eyni dövrünə görə 20 faiz artaraq 1 milyard 292 milyon 637 min dollara çatıb.

Newscenter.az Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən bildirir ki, Türkiyənin ilk 6 ayda cəmi ixracatı keçən ilin eyni dövrünə görə 2 faiz artaraq 125 milyard 446 dollar təşkil edib.

Sektor yanvarda 232 milyon 816 min dollar, fevralda 234 milyon 779 min dollar, martda 241 milyon 58 min dollar, apreldə 201 milyon 205 min dollar, may ayında 218 milyon 99 min dollar və iyunda 164 milyon 680 min dollar ixrac edib.

Məlumata görə, ixracda 208 milyon 766 min dollarla ABŞ birinci olub. Bu ölkəni 176 milyon 380 min dollarla Almaniya, 89 milyon 112 min dollarla Böyük Britaniya, 79 milyon 521 min dollarla Hollandiya və 72 milyon 92 min dollarla İraq izləyib.

Mehman Mehdiyev
Xəbəri paylaş