Türkiyədə daha bir qrup qeyri-qanuni mühacir saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, 33 qeyri-qanuni mühacir İzmir sahillərində saxlanılıb.
Onlardan 10-u uşaq olub. Qeyri-qanuni mühacirlər İzmirin Seferihisar mahalı sahillərində tutulub.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, rayon sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni immiqrantın olduğu müəyyən edilib.
Prosedurların ardından immiqrantlar İl İmmiqrasiya İdarəsi Müdirliyinə göndərilib.
Mehman Mehdiyev