Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan sabah ABŞ-a gedir

Ərdoğan sabah ABŞ-a gedir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Birləşmiş Ştatlara səfərə gedəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, səfərdə məqsəd Vaşinqtonda keçiriləcək NATO dövlət və hökumət başçılarının Zirvə toplantısında iştirak etməkdir.

Türkiyə lideri okeanın o tayında9-11 iyul tarixlərində səfərdə olacaq.

Qeyd edək ki, NATO-nun yaranmasının 75-ci ildönümü münasibətilə keçiriləcək sammitdə təşkilatın ittifaq coğrafiyasına qarşı çağırış və risklər qarşısında çəkindirmə və müdafiə sahəsində göstərdiyi səylər barədə fikir mübadiləsi aparılacaq. eləcə də Ukraynadakı vəziyyət və bu ölkəyə verilən dəstək müzakirə olunacaq.

Alyans üçün əsas təhlükələrdən biri olan terrorla mübarizə istiqamətində atılan addımlar da sammitin gündəmində olacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş