Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Saray qəsəbəsinə giriş-çıxış avtomobillər üçün məhdudlaşdırılacaq

Saray qəsəbəsinə giriş-çıxış avtomobillər üçün məhdudlaşdırılacaq


Sabah saat 10:00-dan Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Newscenter.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənə qədər qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

Agentlik müvəqqəti narahatlığa görə üzr istəyib.

Nərgiz Əzizova
Xəbəri paylaş