Macarıstan baş naziri Viktor Orbanın Ukrayna-Rusiya-Şuşa-Çin-ABŞ səfərləri öncə Fransanı, daha sonra isə Ukrayna hakimiyyətini narahat edib. Öncə Fransa Macarıstan baş naziri Orbanın Şuşaya getməsi ilə bağlı Avropa İttifaqına şikayət diləkçəsi verib. Daha sonra isə, Ukrayna xarici işlər naziri Kuleba, "Ukrayna Avropa İttifaqına çoxdan namizəddir və lazım gələrsə Macarıstanın yerini tutmağa hazırdır" cümləsi qurub.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, real vəziyyət ondan ibarətdir ki, Ukrayna ərazilərinin hər yeri insanlar üçün yasamağa təhlükəlidir:
"Sizi belə bir vəziyyətdə Avropa İttifaqı heç bir zaman qəbul etməz. Nə üçün pərən-pərən olmuş xalqınızı aldadırsıniz? Belə populist çıxışlar reallığı əks etdirmir və əksinə daha bir yalan üzündən hakimiyyəti saxlamağa çalışırsınız. Sizə Qərbin etimadı, xalqın etimadından daha irəlidir".
Ekspert deyib ki, biz bunu Fələstin məsələsində gördük:
"İndi də Macar baş nazirin Şuşaya getməsi ilə bağlı bir daha şahidi olduq. Çünki sizi okeanın o tayından idarə edirlər. Ukrayna xalqına yazıq oldu. İraq xalqı kimi Ukrayna xalqı da dünyanın dörd bir yanına məhz ağılsız dövlət rəhbərləri səbəbiylə səpələnmiş durumdadır. Hər şeydən öncə bunu düşünmək lazımdır".
Anar Əliyev