Vaşinqtonda NATO-nun zirvə toplantısında iştirak məqsədilə xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşməsi doğru qərardır.
Newscenter.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Azərbaycanın Rusiya və Çinlə strateji sazişlər imzalamasına baxmayaraq, biz NATO ilə əməkdaşlıqdan imtina etməməliyik:
"Azərbaycanın ABŞ və NATO ilə strateji əməkdaşlığı Rusiya və Çinə qarşı yönəlməyib, bunu Moskva ilə Pekin bilməmiş deyillər. Əksinə Ceyhun Bayramov dəvətə rəğmən, NATO toplantısına qatılmasaydı, bu bizim Rusiya və Çindən çəkinməyimiz anlamına gələrdi. Müstəqil xarici və təhlükəsizlik siyasəti yürüdən Azərbaycan heç kimdən çəkinməməlidir. Azərbaycanın strateji müttəfiqi Türkiyədir və qardaş dövlətin Cumhurbaşqanı NATO toplantısına qatılıb".
Anar Əliyev