Çin Rusiya-Ukrayna müharibəsində tərəfləri gərginliyi azaltmağa çağırır.
Newscenter.az Röytersə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien belə deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsində tərəflər məsuliyyətlə gərginliyi azaltmalı və atəşkəs məsələsini nəzərdən keçirməlidir.
Çinin paytaxtı Pekində təşkil edilən mətbuat konfransında sualları cavablandıran Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
O deyib ki, Çinin Ukrayna məsələsində mövqeyi sabit və aydındır.
"Tərəflər məsuliyyətlə gərginliyi azaltmalı və atəşkəs və siyasi həll üçün vəziyyəti qiymətləndirməlidir", - Lin deyib.
Mehman Mehdiyev