Azərbaycan qlobal əhəmiyyətli bir tədbirə evsahibliyi etmək mərhələsindədir. Cari ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirinə hazırlıq ən yüksək səviyyədə həyata keçirilir.
Newscenter.az-ın xəbərinə görə, sözügedən tədbir barədə danışan YAP üzvü Rüstəm Nağıyev deyib ki, cari ildə COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. Onun sözlərinə görə, 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir:
"Qarabağ Bəyannaməsində qardaş ölkələrin bir daha bu təşəbbüsü dəstəkləməsi və hazırlıq mərhələsinə yüksək rəyin bildirilməsi də ölkəmizin belə nəhəng tədbirlərə rəhbərlik və ev sahibliyi etməsində təcrübələrinin nəzərə alınması deməkdir.
Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir".
Anar Əliyev