Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan ABŞ-dadır

Ərdoğan ABŞ-dadır



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak etmək üçün özəl “TUR” təyyarəsi ilə ABŞ-ın paytaxtı Vaşinqtona gəlib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Prezident Ərdoğanı Andrews Hərbi Hava Bazasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal, Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün və digər əlaqədar şəxslər qarşılayıblar.

NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində dövlət və hökumət başçılarının görüşünə qatılacaq Ərdoğan bu gün NATO-nun 75-ci ildönümünü anma tədbirinə qatılacaq.

Prezident Ərdoğan bəzi dövlət və hökumət başçıları ilə də ikitərəfli görüşlər də keçirəcək.

Anar Əliyev
Xəbəri paylaş