Qazaxıstanda "Birləşdik - 2024" təlimində iştirak edəcək Azərbaycan hərbçiləri artıq bu ölkədədir.
Müdafiə Nazirliyindən (MN) Newscenter.az-a daxil olan məlumata görə, təlimdə Azərbaycanı təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstana çatıblar.
Qeyd edilib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, iyulun 11-dən etibarən Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.
Birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.
Mehman Mehdiyev