Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb

İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb


İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb.

Newscenter.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında müzakirə aparılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb.

“Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək” - R. Qasımov vurğuayıb.

Xatırladaq ki, 7 fevral prezident seçkiləri çərçivəsində azad edilmiş ərazilərdə 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi.
Xəbəri paylaş