Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məsud Pezeşkian “qırmızı çizgiləri” adlamayacaq

Məsud Pezeşkian “qırmızı çizgiləri” adlamayacaq


İranın yeni prezidenti seçiləndən sonra əsas ortaya çıxan sual ondan ibarətdir ki, bundan sonra İslam Respublikasının daxili və xarici siyasətində nələr dəyişəcək.

Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyib ki, Məsud Pezeşkian Prezident seçilikdən sonra xarici siyasətlə bağlı ilk açıqlamasında İranın Hizbullahı və regionda müqavimət hərəkatını (Həmas, husilər və digərləri nəzərdə tutulub) dəstəkləməyə davam edəcəyini bildirib:

"O, dirəniş hərəkatına dəstəyin İranın əsas siyasəti olduğunu bildirib: “İran hər zaman regionda sionist rejimə qarşı xalqların dirənişini dəstəkləyib. Əminəm ki, regiondakı dirəniş hərəkatı İsrail rejiminə imkan verməyəcək ki, Fələstin və digər ölkələrinə qarşı cinayətkar siyasətini davam etdirsin”.

Politoloqun sözlərinə görə, Məsud Pezeşkian bu açıqlamasıyla ali dini lider və onun ətrafını, o cümlədən SEPAH-ı sakitləşdirib ki, onların bu siyasətinə qarışmayacaq:

"Bu əvvəlcədən də bəlliydi ki, Məsud Pəzəşkian ilk gündən ehtiyatlı olmalı, “qırmızı çizgiləri” aşmamalıdır. İsrail münasibət və Hizbullaha dəstək İran rejiminin “qırmızı gizgisinin” bünövrəsini təşkil edir. Buna baxmayaraq, Məsud Peşezkian gələcək açıqlamalarıyla ABŞ və Avropa İttifaqının İrana yönəlik nəbzini yoxlamağa çalışacaq. İranın buna ehtiyacı var. Bundan başqa Türkiyə və Azərbaycanın da Pezeşkiandan gözləntiləri var. Aydındır ki, Məsud Pezeşkian bu istiqamətlərdə də “qırmızı çizgiləri” tam adlamayacaq, ancaq heç olmazsa, münasibətlərin normallaşmasına, gərginlik yaradan məsələlərin həllinə çalışmalıdır. Bu da olmasa, o keçmişdə dediklərindən faktiki imtina etmiş olacaq".

Anar Əliyev
Xəbəri paylaş