Türkiyədə zəlzələ olub.
Newscenter.az Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinə (AFAD) istinadən bildirir ki, yeraltı təkanlar Muğlanın Marmaris rayonunda 4,4 bal gücündə qeydə alınıb.
Zəlzələ yerin təxminən 6,89 kilometr dərinliyində baş verib.
Daxili İşlər Naziri Ali Yerlikaya, sosial media hesabından zəlzələ ilə bağlı açıqlamasında, "AFAD və qurumlarımızın bütün qrupları araşdırmalara başlayıb. Hazırda hər hansı bir mənfi hal yoxdur. Hadisələri izləyirik. Allah ölkəmizi və millətimizi bəlalardan qorusun”,-deyə bildirib.
Mehman Mehdiyev