Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölənlərin sayı 38 mini keçib

Qəzzada ölənlərin sayı 38 mini keçib


Keçən ilin oktyabrında İsrailin Qəzzaya hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 38 mini keçib.


Newscenter.az
xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İsrailin 277 gündür hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 38 min 243-ə yüksəlib. Bu müddət ərzində yaralıların sayı isə 88 min 33-ə çatıb.

İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 50 fələstinlinin həyatını itirdiyi, 130 fələstinlinin isə yaralandığı bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də qeyd edilir.

Anar Əliyev
Xəbəri paylaş