Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya uğrunda mübarizə genişlənir

Rusiya uğrunda mübarizə genişlənir


Rusiya uğrunda Çinlə Hindistan arasında mübarizə genişlənir. Hindistanın baş nazirinin səfərinin ardınca Çinin də yüksək səviyyəli rəsmilərinin Moskvaya gəlmə ehtimalı böyükdür.

Newscenter.az-ın xəbərinə görə, politoloq Pərviz Əliyev deyib ki, Moskvada Modi və Putin arasında keçirilən görüşün əsas nəticəsi iki ölkə arasında 2030-cu ilə qədər razılaşdırılmış strateji əməkdaşlıq proqramı olub:

"Uzun müddətdir davam edən müdafiə əməkdaşlığı qısa müddətdə Hindistanın müdafiə sektorunda Rusiyanın mövqeyini əvəz etməyi çətinləşdirir. ABŞ tədricən Rusiyanı Hindistanın əsas silah tədarükçüsü kimi əvəz etməyə çalışsa da, bu keçid şübhəsiz vaxt aparacaq. Hindistan kimi böyük bir ölkə üçün Rusiya ilə sabit münasibətləri saxlamaq və davam etdirmək son dərəcə vacibdir. Hindistanın xarici siyasəti öz maraqlarını təmin etmək üçün tamamilə heç bir tərəfə meyl etmədən tarazlığı qorumağı hədəfləyir".

Politoloq deyib ki, Pekin Rusiyanın dünyada hansı rol oynadığını, onun Vaşinqtona alternativ olması üçün hansı resurslara malik olduğunu mükəmməl başa düşür:

"Təmaslar daha da güclənəcək və Baş nazir Li Tsyanın Moskvaya gözlənilən səfərinin təsiri daha çox olacaq. Modinin Putinlə görüşü ilə paralel az əvvəl Si Cinpin KLANININ ən mühüm üzvü, Çin parlamentinin rəhbəri Cjao Letzi (Zhao Leji) Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşmək üçün Moskvaya gəlib. İyulun 10-da Dövlət Dumasının sədri ilə Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri arasında ikitərəfli görüş, habelə Federal Məclisin Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasının 9-cu iclası keçiriləcək".

Anar Əliyev
Xəbəri paylaş