Bu günlərdə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin dövlət başçılarının Şuşada baş tutan Zirvə görüşü gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır. Xüsusilə, Zirvə görüşündə qəbul edilən Qarabağ Bəyannaməsinin əhəmiyyəti vurğulanaraq onun Türk dünyası üçün əhəmiyyətli olacağı vurğulanır.
Newscenter.az-ın xəbərinə görə. YAP üzvü Anar Məmmədov da deyib ki, Şuşa şəhərində keçirilən sammitin daha bir önəmli tərəfi burada Qarabağ Bəyannaməsinin imzalanması oldu. Onun sözlərinə göröə. ölkə başçısının vurğuladığı kimi, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək:
"Bu il Azərbaycanın COP29 kimi mühüm bir beynəlxalq konfransa evsahibliyi etməsi, 200-ə yaxın ölkənin məhz Azərbaycanın namizədliyini dəstəkləməsi də beynəlxalq ictimaiyyətin bizə olan böyük etimadının bariz nümunəsi kimi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük uğurudur".
Anar Əliyev