“Vətən üçün Tavuş” hərəkatı payızda yenidən kütləvi aksiyaları bərpa edəcək.
Newscenter.az news.am-a istinadən bildirir ki, bunu hərəkatın lideri keşiş Baqrat Qalstyan deyib.
O bildirib ki, “Vətən üçün Tavuş” hərəkatı sentyabr ayında Ermənistanda küçə mübarizəsinə start verəcək və proses böyük sürətlə davam etdiriləcək.
"Sentyabrın 2-dən hakimiyyət dəyişikliyi tələbi ilə mitinq və etiraz aksiyalarına başlamağı planlaşdırırıq. Bu günlərdə müxtəlif siyasi qüvvələrin və digər sferaların nümayəndələri ilə fəal şəkildə görüşlər keçirilir, müzakirələr aparılır. Hərəkatın formatı və nə etməliyik deyə məsələləri müzakirə edirik",-deyə Baqrat Qalstyan bildirib.
O bəyan edib ki, 2026-cı ildə keçiriləcək növbəti seçkiləri gözləməyəcək. Çünki vəziyyət günü-gündən mürəkkəbləşir:
"Hakimiyyət tərəddüd etmədən yeni əraziləri təhvil verir, ölkənin sərhədləri daralır. ona görə də növbəti seçkiləri gözləmək Ermənistan üçün fəlakətli ola bilər".
Mehman Mehdiyev