Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsində niyə İranın vasitəçiliyi ön plana çıxır?

Rusiya-Ukrayna müharibəsində niyə İranın vasitəçiliyi ön plana çıxır?


Rusiya-Ukrayna müharibəsində İranın vasitəçilik etməsi ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır ki, Kiyev tərəfi bu təşəbbüsə dəstək verməsə də, lakin Moskva bunu dəstəkləyir.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko qəribə açıqlama verib:

"O deyib ki, Rusiya Ukrayna ilə bağlı İranın vasitəçiliyini nəzərdən keçirməyə hazırdır. Niyə məhz İran? Türkiyə, Macarıstan, hətta Çin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün vasitəçilik təşəbbüsləri ilə çıxış etdilər, alınmadı. Bu dövlətlərin bacarmadığını İran bacaracaq? Bu təklifdə hiylə var".

Politoloq deyib ki, Məsud Pezeşkian İran Prezidenti seçilib. Ondan böyük gözləntilər var:

"Görünür, Rusiyanın siyasi və diplomatik dairələrində Məsud Pezeşkianın ölkəsinin xarici siyasətini korrektəyə çalışa biləcəyindən ehtiyat edirlər. Ona görə də ona reallaşması mümkün olmayan tapşırıq verirlər: Gəl, vasitəçi ol! Məsud Pezeşkian fəaliyyətinə niyə uğursuzluqla başlamalıdır?".

Mehman Mehdiyev
Xəbəri paylaş