Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqtonda mühüm görüş

Vaşinqtonda mühüm görüş


Nəhayət ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü baş tutdu. Vaşinqtonda keçirilən NATO samiiti çərçivəsində bir araya gələn iki ölkənin xarici siyasət idarəsi rəhbərlərinin görüşündə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken də iştirak edib.

Newscenter.az-ın xəbərinə görə, görüş barədə fikirlərini bildirən politoloq Elxan Şahinoğlu deyib ki, Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü başa çatıb. Bu görüş xüsusi nəticəyə hesablanmamışdı:

"Sadəcə Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin NATO-nun Vaşinqton toplantısına qatılmasından istifadə edərək növbəti dəfə moderatoqluq funksiyasını yerinə yetirib. Görüşdən sonra verilən açıqlamada tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar".

Politoloq deyib ki, bu ümumi sözlərdir:

"Nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişiklik həyata keçirilməyib, sülh sazişinin imzalanması mümkün deyil. Buna baxmayaraq, tərəflər ümumi niyyətləri ifadə edən çərçivə sazişini ilin sonuna qədər imzalaya bilər. Vaşinqtonun çalışdığı da məhz budur".

Anar Əliyev
Xəbəri paylaş