Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Qərbə qarşı olması məsələsi kökündən yanlışdır

Azərbaycanın Qərbə qarşı olması məsələsi kökündən yanlışdır


Son vaxtlar bəzi siyasi dairələr tərəfindən Azərbaycanın xarici siyasəti ilə bağlı heç də reallığa uyğun olmayan fikirlər səsləndirilir. Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında fəxri qonaq kimi iştirakını Bakının Qərbə qarşı olması kimi dəyərləndirənlər də var. Vaşinqtonda keçirilən NATO-nun yubiley görüşündə iştirakımızı Rusiyaya qarşı meydan oxumaq kimi səciyyələndirənlər də.

Newscenter.az-ın xəbərinə görə, ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov hər iki yanaşmanı məntiqsiz hesab edir. Onun sözlərinə görə, Azərbaycanın Rusiya, İran, Çinlə strateji müttəfiqliklər qurmaq məsələsini Qərbə qarşı olmaq kimi qələmə vermək kökündən yanlışdır:

"Bunu Qərbə qarşı olmaq kimi dəyərləndirmək ancaq məqsədli şəkildə məsələni yanıltmaqdır. Azərbaycanın qeyd edilən ölkələrlə qurduğu strateji münasibətləri Qərblə 30 il öncə "Əsrin kontraktı-müqaviləsi" adlanan neft-qaz layihələrinə imza atarkən imzalayıb. İndi Rusiya və İran kimi izqoy ölkələrin Azərbaycana verə biləcəyi təhlükədən başqa heç nə olmazkən, Azərbaycanı onların yanında olduğunu qəti şəkildə vurğulamaq siyasi sabatsızlıqdır, öz daxili istəyinin dolayısı ilə ifadəsidir".

Süleyman
Xəbəri paylaş