Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi insanların Azərbaycanı hər addımda aşağılaması yolverilməzdir

Bəzi insanların Azərbaycanı hər addımda aşağılaması yolverilməzdir



"Siyasi ekspert adlanan bəzi insanların Azərbaycanı hər addımda aşağılaması yolverilməzdir və qəti şəkildə qarşısı alınmalıdır. Azərbaycanın hər addımını Rusiyanın icazəsinə bağlayan insanlar başa düşməlidirlər və başa salınmalıdırlar ki, bu, Azərbaycanı aşağılamaqdır, təhqir etməkdir".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, NATO tədbirinə Azərbaycan guya son ana kimi ona görə gözləyib ki, Rusiya ilə danışıq aparsın, onun razılığını alsın, sonra getsin:

"Verdiyi proqnozun yanışlığını etiraf etmək əvəzinə, yəni Azərbaycan NATO Sammitinə getməyəcək deməsi və Azərbaycanı Rusiya ilə hədələməsinə baxmayaraq Azərbaycanın bu sammitdə iştirak etməsini Azərbaycanı aşağılayacaq tərzdə şərh etməsi Azərbaycan dövlətinə qarşı hörmətsizlikdir, dövlətin maraqlarına zərbədir. Rusiyanın Azərbaycanı idarə etməsi anlamına gələn belə şərhlərin hansı mahiyyət daşıdığını deməyə ehtiyac yoxdur".

Süleyman
Xəbəri paylaş