Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət rəhbərimozin siyasi nüfuzunun göstəricisi

Dövlət rəhbərimozin siyasi nüfuzunun göstəricisi


"Cənab Prezident İlham Əliyevin qardaş Pakistan İslam Respublikasında təntənəli şəkildə qarşılanması ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin və şəxsən dövlət rəhbərimizin siyasi nüfuzunun göstəricisidir".

Newscenter.az xəbər verir ki, bunu AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib. O bildirib ki, Pakistan inkişaf etmiş hərbi sənayesi və elmi nailiyyətləri ilə Asiyanın yüksələn gücləri sırasında qərarlaşır:

"Təsadüfi deyil ki, rəsmi Bakı və İslamabad münasibətlərindən danışarkən hərbi-siyasi, hərbi-texniki əməkdaşlıq məsələləri ilk sırada qərarlaşır. Lakin, ikitərəfli əlaqələri iqtisadi sferada da inkişaf etdirmək üçün geniş perspektivlər mövcuddur.

Bilindiyi kimi Pakistan Respublikası və xalqı ölkəmiz müstəqilliyini əldə etdikdən sonra bütün beynəlxalq platformalarda hər daim bizi dəstəkləməklə yanaşı, Qarabağın işğalından dolayı Ermənistanı dövlət olaraq tanımaqdan imtina edərək əsl qardaşlıq nümunəsi sərgiləmişdir. Onların səmimi münasibətinə uyğun olaraq Azərbaycan tərəfi də, Camu və Kəşmir məsələsində qeyri-şərtsiz olaraq hər zaman rəsmi İslamabadın mövqeyini dəstəkləmiş, siyasi həmrəylik nümayiş etdirmişdir. Bununla yanaşı, müxtəlif vaxtlarda qardaş ölkədə baş verən təbii fəlakətlər zamanı dövlətimiz humanitar yardımlar vasitəsilə öz dəstəyini göstərmiş, dəymiş zərərin aradan qaldırılmasında yaxından iştirak etmişdir. Həmçinin, Heydər Əliyev fondu və şəxsən birinci xanım Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi sosial layihələr rəsmi İslamabad tərəfindən yüksək qiymətləndirilmişdir".

AVP rəsmisi deyib ki, artıq Azərbaycan qalib dövlətdir və qlobal proseslərdə oyun qurucu aktor kimi Pakistanla münasibətləri yeni konfiqurasiyada inkişaf etdirməkdə maraqlıdır. Və təbii ki, hərbi əlaqələr hər zaman olduğu kimi ilk sırada qərarlaşır:

"Pakistan inkişaf etmiş hərbi məhsullar ixracatçısı kimi bu zamana qədər ilk səfərdə ən böyük silah satışı müqaviləsini məhz Azərbaycanla başlamışdır. Dəyəri 1.6 milyard dollar həcmində olan alqı-satqı müqaviləsi 4.5 nəsil qırıcılar hesab olunan JF 17 Thunder Blok-III üzərindən bağlanılmışdır. Bu isə öz növbəsində çoxillik əməkdaşlıq perspektivlərini özüylə gətirir".

Anar Əliyev
Xəbəri paylaş