Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

F-16-lar Ukraynadakı münaqişənin gedişatını kəskin şəkildə dəyişdirə bilməyəcək

F-16-lar Ukraynadakı münaqişənin gedişatını kəskin şəkildə dəyişdirə bilməyəcək


NATO etiraf etdi ki, F-16-lar Ukraynadakı münaqişənin gedişatını kəskin şəkildə dəyişdirə bilməyəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, Alyansın Hərbi Komitəsinin rəhbəri Rob Bauer belə hesab edir.

O deyib ki, F-16-ların Ukrayna Silahlı Qüvvələrində xidmətə çıxmasından sonra Ukrayna hərbi aerodromları Rusiya Silahlı Qüvvələri üçün daha vacib hədəfə çevriləcək.

Rob Bauer, "Əgər kimsə bunun möcüzə silahı olduğunu düşünürsə ki, o, gələn kimi müharibənin gedişatını dəyişəcək, mən belə insanları məyus etməli olacağam",-deyə vurğulayıb.


O qeyd edib ki, ruslar heç də axmaq deyillər və onlar üçün təhlükə yaradana zərbə vurmağa çalışacaqlar.

Anar Əliyev
Xəbəri paylaş