Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fərid Nağıyev Qaradağ rayon prokuroru təyin edilib

Fərid Nağıyev Qaradağ rayon prokuroru təyin edilib


Qaradağ rayon prokuroru vəzifəsinə təyinat olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Newscenter.az-a verilən məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Bildirilib ki, Fərid Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub. Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Süleymanov ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş