Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri-SAŞA

Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri-SAŞA


Ümummilli lider Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri Aleksandr Alekseyeviç İvanovun anadan olmasının 74-cü ildönümü tamam olur.

Newscenter.az xatırladır ki, Aleksandr Alekseyeviç İvanov Azərbaycan cəmiyyətində daha çox "Saşa" adı ilə tanınıb.

İvanov uzun müddət SSRİ Dövlət Təhlükəsizlik Komitəsində işləyib. 1978-ci ildən 1982-ci ilə qədər Azərbaycan SSR KQB-nin 5-ci diviziyası nəzdində 9-cu bölmənin baş təhlükəsizlik işçisi və Heydər Əliyevin cangüdəni olub.

1987-ci ilin oktyabrından Heydər Əliyevin Siyasi Bürodakı vəzifəsindən uzaqlaşdırılmasına qədər onunla olub.

O, beyninə qan sızması nəticəsində vəfat edib.

Anar Əliyev
Xəbəri paylaş