Bir sıra hallarda iş yerlərində işəgötürənin işçiyə verdiyi intizam tənbehi mübahisə predmeti doğurur. İşəgötürən intizam tənbehinin verilmısində haqlı olduğunu bildirsə də, qarşı tərəf bunun əksini söyləyir. Bəs görəsən işçiyə intizam tənbehi necə verilir?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir.
Onun sözlərinə görə, işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir:
"İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz".
Anar Əliyev