Rusiya Aerokosmik Qüvvələrinin İdlibə endirdiyi zərbələr nəticəsində 35 yaraqlı öldürülüb və yaralanıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Rusiya Suriya Ərəb Respublikasındakı Döyüşən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk bildirib ki, PUA istehsalı sexi və qeyri-qanuni silahlı birləşmələrin qalası olan iki PUA anbarı da vurulub.
Aşxani-Taxtani yaraqlılarının təlim düşərgəsinə və iki pilotsuz uçuş aparatının (PUA) anbarına endirilən zərbə nəticəsində terrorçular xeyli sayda texnika itkisi də verib.
Mehman Mehdiyev