Rusiya-Ukrayna müharibəsi digər müharibələrdən özünün bir çox spesifik xüsusiyyətləri ilə fərqlənir. Burda həmçinin coğrafi baxımdan və daha müasir silahlardan istifadə olunması ən əsas məsələ kimi müharibənin uzanmasına öz təsirini göstərir. Bundan başqa Rusiyanın irəli sürdüyü şərtləri nəzərə alsaq, müharibənin daha da kəskin şəkildə davam etdirilməsi üçün heç bir səbəb qalmadığını görürük".
Newscenter.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, bu baxımdan vasitəçilik missiyası heç bir şeyə yaramır kimi görünür:
"Amma, bütün bunlara baxmayaraq vasitəçilərin yardımı faydalı hesab olunmalıdır. Bu səbəbdən vasitəçilik missiyası uğrunda mücadilə aparan dövlətlərin addımları təqdirə layiq hesab olunur. Bütün bu səylər müharibənin davam etməsi istiqamətində dönüş nöqtəsi əldə etmək üçün atılan addımlardır".
Ekspert hesab edir ki, müharibənin dönüş nöqtəsi ABŞ və Rusiya arasında razılaşma əldə olunduğu gün baş verəcək.
Anar Əliyev