Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada zəncirvari qəza, 15 avtomobil toqquşdu

Rusiyada zəncirvari qəza, 15 avtomobil toqquşdu


Rusiyada zəncirvari qəza baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Moskva vilayətində qeydə alınıb. Belə ki, M-2 Krım magistralında 15 avtomobil toqquşub.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin Telegram kanalında yer alan məlumata görə, qəzaya səbəb “Mercedes” markalı yük maşını olub.

“İlkin məlumata görə, “Mercedes” markalı yük maşınının sürücüsü tıxacda dayanan 14 avtomobillə toqquşub”, - deyə idarədən bildirilib.

Qəza nəticəsində tələfat olmayıb, avtomobillərəmüəyyən ziyan dəyib.

Anar Əliyev
Xəbəri paylaş