Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabah Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür

Sabah Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür


12 iyul-Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı Raquf Orucovun doğum günüdür.

Newscenter.az xatırladır ki, Raquf Orucov 2016-cı ilin aprel ayının 4-də Ağdərə rayonunun Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində polkovnik-leytenant kimi sonuncu döyüşünə qatılıb və qəhrəmancasına şəhid olub. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınlb.

Raquf Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Bundan başqa şəhid polkovnik-leytenant müxtəlif illərdə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı, "Hərbi xidmətlərə görə" medalı və s. medallarla təltif olunub.

Anar Əliyev
Xəbəri paylaş